"Taliban" ölkənin əksər hissəsini ələ keçirdikdən sonra Əfqanıstanda qalan 20 yaşlı türkiyəli tibb bacısı İrem Kahraman vətəninə qayıda bilib.
Unikal.org-un məlumatına görə, Pakistanda uçan təyyarə ilə İstanbula gələn İrem qorxu dolu anlar yaşadığını dilə gətirib.
Tibb bacısı Kabil hava limanına çatana qədər böyük bir xaosun içində olduqlarını və Taliban üzvlərinin onları qamçılarla qorxutduqlarını qeyd edib.
"Cənub qapısının qarşısında ABŞ əsgərləri və Taliban təhlükəsiz bölgəni qoruyurdu. Oraya çatana qədər bütün əşyalarımızı atdıq. İngilis əsgərinin yanına getməyə çalışdıq. "Biz Türkük" deyə bağırdığımız zaman, Taliban bizi qamçılarla qorxudurdu. Ora çatana qədər çətin anlar yaşadıq. Təhlükəsiz bölgəyə keçdiyimiz nöqtədən Azərbaycan və Türkiyə əsgərləri gəlib bizi apardılar. Oradakı səfirliyimiz də bizi qəbul etdi və bura gəlməyimizə hamı kömək etdi. Hamısına çox təşəkkür edirəm".
Gülayə Mecid