"Şimal Axını 2" üzərindən Avropaya təbii qaz tədarükü 2021-ci ilin oktyabrında başlaya bilər.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə mütəxəssislər açıqlama verib.
Bildirilib ki, ötürmə həcmi həm qaz xətlərinin işə salınması şərtlərindən, həm də qaz bazarındakı vəziyyətdən asılı olacaq.
Qazprom əvvəllər bildirmişdi ki, bu il "Şimal Axını 2" üzərindən 5,6 milyard kubmetr təbii qaz verilə bilər.
Ağarza Elçinoğlu