ABŞ indiyə qədər Kabil hava limanından təxminən 7000 nəfəri təxliyə edib.
Unikal.org xəbər verir ki, bu barədə bu gün Pentaqonda jurnalistlər üçün keçirilən brifinqdə general Xenk Teylor bildirib.
"Avqustun 14-də təxliyə əməliyyatı başlayandan bəri təxminən 7000 nəfəri hava yolu ilə təxliyə etdik". Teylorun sözlərinə görə, son bir gündə göyərtəsində 2 min nəfər olmaqla 12 uçuş həyata keçirilib.
O, bildirib ki, iyul ayının sonundan bəri ABŞ vətəndaşları, ABŞ səfirliyinin işçiləri, xüsusi immiqrasiya vizası üçün müraciət edən əfqanlar və digər şəxslər də daxil olmaqla təxminən 12 min insan ABŞ hökumətinin razılığı əsasında evakuasiya edilib.