Əfqanıstan təhlükəsizlik qüvvələrinin geri çəkilməsi ilə milyardlarla dollar dəyərində olan Amerika hərbi texnikası "Taliban"ın əlinə keçirib.
Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən texnikalar vaxtilə ABŞ-ın Əfqanıstan silahlılarına təlim keçdiyi vaxtdan orada qalıb.
Bildirilib ki, Taliblərin ələ keçirdiyi texnikalar arasında "Black Hawk" helikopterləri və "A-29 Super Tucano" hücum təyyarələri də var.
Sosial mediada "Taliban" döyüşçülərinin "M4" karabinləri və "M16" atıcı silahları, Amerika istehsalı olan "Humvee" və digər zirehli maşınlarla birgə əks olunduqları fotoşəkillər yerləşdirilib.
Mütəxəssislər hesab edirlər ki, təlim keçmədən müasir təyyarələrdən istifadə etmək mümkün deyil.
Qeyd edək ki, Birləşmiş Ştatlar son 20 ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlim və təchizatına 83 milyard dollar xərcləyib.
Ağarza Elçinoğlu