Fransada COVID-19 pasportu olmayan alıcılara supermarketə daxil olmağa icazə verilmir.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə alıcıların sözügedən qadağalara etiraz etməsini əks etdirən görüntülər yayılıb.
Videodan aydın olur ki, mühafizəçilər və polis əməkdaşları əllərində zənbil olan alıcılara ərzaq mağazasına daxil olmağa əngəl törədir. Qəzəbli alıcılar isə buna məhəl qoymayaraq sədləri aşıb mağazaya daxil olmağa çalışır.
Ağarza Elçinoğlu