Arxeoloqların qədim Roma şəhəri olan Pompeydə apardığı təhqiqat zamanı mumiyalanmış insan qalıqları aşkarlanıb.

Unikal.org xəbər verir ki, təxminən 60 yaşı olan şəxsin qalıqları Pompey şəhəri mərkəzinin kənarında yerləşən məqbərədə tapılıb.

Aparılan müayinələr zamanı məlum olub ki, məqbərə Vezuvi vulkanının püskürməsindən əvvəl, bizim eranın 79-cu ilində inşa edilib.

Mərhumun kimliyi məzar üzərindəki yazılar sayəsində müəyyən edilib. Bəlli olub ki, cəsəd Mark Veneriy Sekundio adlı şəxsə məxsusdur.

V.Sekundio ömrünün müəyyən bir dövrünü qul kimi keçirib, ancaq azadlıq əldə edəndən sonra varlı və nüfuzlu keşişə çevrilib. Məhz bu məlumatdan sonra alimlər ilk dəfə olaraq Yunan dini ayinlərinin Pompeydə də həyata keçirldiyini sübuta yetirib.

Cəsəd əlavə araşdırmalar üçün laboratoriyaya təhvil verilib.

Ağarza Elçinoğlu