Fransa Prezidenti Emmanuel Makron, rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Unikal.org xəbər verir ki, Yelisey sarayının verdiyi məlumata görə, telefon danışığı zamanı Makron Putindən Rusiyanın müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.
"Prezident Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olaraq, Aleksey Navalnıya qarşı sui-qəsddən bir il sonra onu azad etməyə çağırıb", - deyə rəsmi açıqlamada bildirilib.
Ağarza Elçinoğlu