Türkiyədəki yanğınların söndürülməsi zamanı həlak olmuş rus hərbçilərin adı əbədiləşdiriləcək.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Bodrum rəhbərliyi açıqlama verib.
Belə ki, Bələdiyyə rəhbərinin Rusiya mətbuatına verdiyi məlumata görə, şəhərdə "Be-200" amfibiya yanğınsöndürən təyyarəsinin ekipaj üzvlərinin şərəfinə meşə salınacaq. Gələcəkdə həmin meşələr qəhrəman rus hərbçilərinin adını daşıyacaq.
Xatırladaq ki, avqustun 14-də Rusiyaya məxsus "Be-200" təyyarəsi Adana yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan beş rus hərbçisi və üç Türkiyə vətəndaşı qəza nəticəsində həlak olub.
Gülayə Mecid