Türkiyədə ərindən şiddət görən 24 yaşlı Gülsüm adlı qadın atası evinə gəldikdən sonra bıçaqlanıb.
Unikal.org xəbər verir ki, artası evində boşanmaq istədiyini deyən qadın atası İsa tərəfindən birmənalı qarşılanmayıb.
Mübahisədən sonra atasının evindən də çıxmağa məcbur olan Gülsüm sığınacağa yerləşib. Lakin o, 18 avqustda evinə dönərkən atası ilə yenidən mübahisə edib. Nəticədə İsa adlı şəxs qızını döyərək onu otağa həbs edib. Daha sonra adıçəkilən şəxs qızını sinə və boğaz nahiyələrindən bıçaqlayıb.
Hadisə yerinə gələn polis və sağlamlıq qrupları ağır yaralını xəstəxanaya aparıb. Cinayətkar ata qızının dindirilərkən şikayətçi olması əsası ilə həbs edilib.
Ağarza Elçinoğlu