Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern, Oklend şəhərində 1 nəfərin koronavirusa yoluxmasının aşkar edilməsindən sonra ölkədə tam qapanma elan edib.
Unikal.org xəbər verir ki, bu, ölkədə aylar sonra ilk yoluxma halıdır.
Ardern, tam qapanmanın 7 gün ərzində Oklenddə və 3 gün ölkənin qalan hissəsində tətbiq ediləcəyini bildirib. Şəxsin "Delta" ştamına yoluxduğu ehtimal edilsə də, bununla bağlı hələ ki, heç bir dəlil yoxdur.
Ağarza Elçinoğlu