Ermənistanın baş naziri Nikol Paşinyan ailəvi tətilini Soçidə keçirəcək.

Unikal.org xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti hökumətdəki mənbələrinə istinadən yazıb.

Bildirilir ki, Paşinyan avqustun 26-dan etibarən ailəsi ilə Rusiya kurortunda dincələcək. Məqalə müəllifinin fikrincə baş nazir bu cür jesti ilə Rusiyaya xüsusi bağlılığını nümayiş etdirməyə çalışır və münasibətlərdə istiləşmənin olacağını düşünür.

Qəzet məlumatın doğruluğunu Paşinyanın mətbuat katibi Mane Gevorqyanla dəqiqləşdirməyə çalışsa da, alınmayıb. Məqalədə o da qeyd edilir ki, son vaxtlar Gevorqyanı tapmaq demək olar ki, mümkünsüz olub.c