Hindistanın məhəbbət abidəsi hesab edilən Tac Mahal gecə görüntüləri üçün yenidən açılacaq.
Unikal.org xəbər verir ki, bu barədə Hindistanın Uttar Pradeş əyalətinin səlahiyyətliləri məlumat verib.
"Tac Mahalın gecə görünüşü sabahdan etibarən turistlər üçün əlçatan olacaq", - deyə tarixi abidənin məsul məmuru açıqlama verib.
Bildirilib ki, Tac Mahal gecə baxışı üç gün ərzində və üç dəfə açıq olacaq:
"21, 23 və 24 Avqust tarixlərində açıq olacaq. Həm də COVID-19 məhdudiyyətləri səbəbindən yalnız üç vaxtda, yəni yerli vaxtla 20.30 - 21.00, 21.00 - 21.30 və 9:30-dan 22: 00-dək turistlərə və yerli əhaliyə xidmət göstərəcək".
Qeyd edilib ki, təyin edilmiş saatlarda yalnız 50 nəfər Tac Mahalın gecə görünüşünü seyr edə biləcək.
Ağarza Elçinoğlu