Əfqanıstanın paytaxtı Kabildə dünyanın gündəmində olan təxliyə prosesi zamanı ABŞ yük təyyarəsini tutaraq ölkədən qaçmağa çalışan və saniyələr sonra hündürlükdən yıxılan əfqanları əks etdirən köynəklər istehsal edilib.
Unikal.org xəbər verir ki, köynəklər ABŞ və Sinqapur mərkəzli satış platformalarında 20 dollara satışa çıxarılıb. Lakin həmin köynəklər qalmaqala səbəb olub.
Rəngli istehsal edilən köynəklərin üzərinə "Kabil paraşütlə atlama klubu" yazılıb. Humanitar böhranın yaşandığı Kabildə əfqanları zarafata qoyan köynəklər sosial mediada böyük reaksiyaya səbəb olub. Sosial media istifadəçiləri, ümidsiz əfqanların təyyarələrdən yapışarkən, kiminsə köynəklə əfqanların ağrısından istifadə etməyə çalışdığını bildiriblər. İstifadəçilər faciəli anları lağa qoyan köynəklərin satışdan çıxarılmasını tələb ediblər.
Gülayə Mecid