ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.
Unikal.org xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild "CNN"ə bildirib ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən bəri Kabil hava limanından təxliyə edilən insanların sayı 9 minə çatıb.
“Artıq 9 min insanı təxliyə etmişik. İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik", - direktor deyib.
Hazırda Əfqanıstanda qalan amerikalıların sayı məlum deyil.