Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 507 yoluxma halı qeydə alınıb.

AUnikal.org “Sputnik Armenia”ya istinadən verdiyi xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 237 249 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4737 nəfərə yüksəlib.