İstanbulda Heybeliada adasında meşə yanğını baş verib.
Unikal.org CNN “Türk”ə istinadən xəbər verir ki, bu barədə Adalar bələdiyyə sədri Erdem Gül bildirib.
Bələdiyyə sədri deyib ki, hələlik səbəbi bilinməyən yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. O, yanğının yaşayış yerlərinə yayılma riskinin olmadığını vurğulayıb.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Baş Meşə İdarəsindən isə bildirilib ki, yanğın yerli vaxtla saat 13:07 radələrində başlayıb, yanğının qarşısının alınması və söndürülməsinə bir təyyarə və 3 helikopter cəlb edilib.
Qeyd edək ki, ötən il iyulun 12-də həmin ərazidə yanğın baş verib, 5 hektardan çox ərazi yararsız vəziyyətə düşüb.