Lixtenşteyn knyazı II Hans-Adamın xanımı, şahzadə Mariya (Mariya Kinsk fon Vxinis və Tettau) vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə knyaz evinin bəyanatında deyilir.

Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib.

Şahzadənin şənbə günü ailəsinin əhatəsində öldüyü bildirilir. Açıqlamaya görə, o, çərşənbə günü insult keçirib, bundan sonra səhhəti tədricən pisləşib.

Mariya 1940-cı ildə Praqada anadan olub. 1967-ci ildə II Hans-Adamla ailə qurub, cütlüyün dörd övladı var.