Liviyanın Zilla bölgəsində general Xəlifə Haftar qüvvələrinin yerləşdiyi nəzarət-buraxılış məntəqəsində kamikadze özünü partladıb.
Unikal.org xəbər verir ki, bu barədə Liviyanın yerli televiziyası məlumat yayıb.
Partlayış nəticəsində yaralananların olduğu bildirilib.
Hücumun kim tərəfindən edildiyi hələ ki, məlum deyil.