Bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, Ərdoğan Prezident Zelenskini Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib.
Ukrayna ilə əməkdaşlığın təhlükəsizlik, müdafiə, turizm və ticarət də daxil olmaqla bütün sahələrdə davam edəcəyini vurğulanıb.
Ərdoğan Ukraynanın Türkiyənin cənubunda meşə yanğınları ilə mübarizədə dərhal və hərtərəfli dəstəyinə görə minnətdarlığını bildirib.