"Tailban" hərəkatının üzvləri gənc qadını yeməkləri dadlı bişirmədiyi üçün yandırıblar.
Unikal.org xəbər verir ki, bunu hüquq müdafiəçisi, keçmiş hakim Nəclə Əyyubi deyib.
Onun sözlərinə görə, hadisə Əfqanıstanın şimalında baş verib. Sözügedən xanım terrorçular üçün yemək bişirməyə məcbur edilib. Lakin onun əl qabiliyyəti taliblərin xoşuna gəlməyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, "Taliban" rəhbərləri yerli ağsaqqallardan ərsiz qadınlar və 12 yaşdan yuxarı qızların siyahısını tələb edib.