Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətində Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələrini mühasirəyə alıb.
Unikal.org xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid Tvitterdə yazıb.
“Taliban qüvvələri Pəncşir yaxınlığında mövqe tutub. Düşmən mühasirədədir. Məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyirik", -Mücahid bildirib.