"Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin rus əhalisi ilə bağlı bəyanatlarını etnik düşmənçiliyə səbəb hesab edir".
Unikal.org xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə deyib.
“Xatırladım ki, avqustun əvvəlində dövlət dilini qorumaq səlahiyyəti olan Taras Kremin Ukrayna dilində danışmayan bütün Ukrayna sakinlərinə ölkəni tərk etməyi təklif etdi. Vladimir Zelenski avqustun 5-də dərc olunan müsahibəsində də ruslara "gedib Rusiyada öz yerlərini axtarmağı" məsləhət gördü. Biz bu cür bəyanatları etnik düşmənçiliyə təhrik hesab edirik. Yeri gəlmişkən, bunun üçün AB ölkələrində cinayət məsuliyyəti nəzərdə tutulur".
Nazir həmçininin də, ruslara qarşı milli dözümsüzlük ideologiyasını kök salmağa yönəlmiş Kiyevin hərəkətlərini "tamamilə qəbuledilməz" kimi qiymətləndirib.
Qeyd edək ki, Zelenski daha əvvəl "Dom TV"yə verdiyi müsahibədə özünü rus hesab edən vətəndaşların Donbasda qalmasını böyük səhv adlandırmış və Rusiyaya getməyi məsləhət görmüşdü.
Gülayə Mecid