Türkiyədə sərnişin daşıyan avtobus qəzaya uğrayıb. 

Unikal.org ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, Mersin vilayətinin Siflike bölgəsində baş verən qəza nəticəsində nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Qəza səbəbindən 33 nəfər yaralanıb. Ölən yoxdur. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalara başlanıb.

Ağarza Elçinoğlu