Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın mülki aviasiya qurumunun rəhbərliyi qərar verib.
Qərara əsasən, növbəti göstərişə qədər aeroportdan həyata keçiriləcək bütün reyslər dayandırılıb.
Qeyd edək ki, ötən gün hava limanının 48 saat ərzində bağlanacağı xəbərləri yayılmışdı. Buna səbəb isə hava limanındakı qarışıqlığı azaltmaq göstərilib.
Ağarza Elçinoğlu