Türkiyədə koronavirusla bağlı avqustun 23-nə olan vəziyyət açıqlanıb.
Unikal.org məlumat verir ki, sutka ərzində ölkədə 282 528 nəfərin COVID-19 testi yoxlanılıb.
Günlük yoluxma sayı 18 857 nəfər təşkil edib.
232 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 15 833 nəfərə çatdığı bildirilib.