Avqustun 21-də Meksikanın "Ku-Alfa" körfəzindəki neft platformasında partlayış baş verib.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Partlayışın baş verdiyi platformanın aid olduğu şirkətin rəhbəri Octavio Romero Oropesa keçirdiyi mətbuat konfransında bildirib ki, iki nəfər hələ də itkin düşmüş sayılır. Altı nəfər xəstəxanalarda müalicə alır. Yanıq xəsarəti alanlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Bundan əvvəl Meksika prezidenti Andres Manuel Lopez Obrador hadisə nəticəsində bir nəfərin öldüyünü və bir neçə nəfərin itkin düşdüyünü elan etmişdi.
Qeyd edək ki, "Ku-Alfa" dəniz platforması iri "Ku Maloob Zaap" kompleksinin tərkibində fəaliyyət göstərir. Bu, Meksikanın ən iri yataqlarından biridir. O, dəniz platformasında gündə təxminən 640 min barel ağır neft hasil edilir. Yatağın ehtiyatları 4,9 milyard barel həcmində qiymətləndirilir.
Ağarza Elçinoğlu