Belçikada əhalinin əksəriyyətinin yaşadığı Flamand bölgəsindəki yeni dəyişikliyə əsasən, heyvanları öldürən, təhqir edən və onlarla pis rəftar edən şəxslər ağır cəza alacaq.  

Unikal.org "BBC"yə istinadən xəbər verir ki, sözügedən qərara əsasən, bu cinayəti törədənlər  birinci dəfə 5 ilə qədər həbs ediləcək və 800 min avroyadək cərimə ödəyəcək.

Yeni qanuna görə, həmin şəxs 5 il ərizində heyvanlarla yenidən pis rəftar edəcəyi təqdirdə onu bundan iki dəfə çox cəzalandıracaqlar, yəni həmin şəxs 10 ilə qədər həbs edilə və 1.6 milyon avro cərimə ödəyə bilər.

Qanun polisə heyvan təcavüzkarlarını dərhal həbs etmək səlahiyyətini də verəcək. Kəsim məntəqələrində və təsərrüfatlarda yoxlamalar artırılacaq. Məhkəmələrə heyvanlarla pis davranan müəssisələri tamamilə bağlamaq səlahiyyəti veriləcək.

Qeyd edək ki, yeni dəyişikliyin qəbul edilməsində Flamandın Heyvan Sağlamlığı naziri Ben Ueyts önəmli rol oynayıb.

Ağarza Elçinoğlu