"Əfqanıstan “Taliban” diktatorluğunu rədd edir. Ölkənin Talibanistana çevrilməsini istəmirik. Bu, olmayacaq".
Unikl.org xəbər verir ki, bunu “India Today” telekanalına müsahibəsində Əfqanıstanın vitse-prezidenti, “Taliban”a müqavimət göstərməyə çağıran Əmrullah Saleh deyib.
Xatırladaq ki, Ə.Saleh Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü prezident vəzifəsinin müvəqqəti icraçısı elan edib.