Rusiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olundu
12:57 13-02-2013
CƏMİYYƏT
Rusiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qanun layihəsi Rusiya Dövlət Dumasında qəbul olunub. Qanunun əleyhinə 1 deputat səs verib. Qanuna görə, Rusiya ərazisində ali təhsil müəssisələrində, xəstəxana, dövlət qurumları, stadion, restoran, qatarlar, vağzallar, metro və aeroportlarda siqaret çəkmək qadağan olunub.
Yeni qanun mağaza vitrinlərindən və super marketlərin kassalarından siqaret qutuları yığışdırılacağı qeyd olunub. Mağazalarda ancaq siqaretin qiymətləri göstərilən lövhə asılmağına icazə veriləcək. Qanun siqaretin reklamını tamamilə qadağan edir.
Yeni qanun layihəsi təsdiq olunmaq üçün Federasiya Şurasına, daha sonra isə imzalanmaq üçün prezident Vladimir Putinə göndəriləcək.
Qeyd edək ki, ictimai yerlərdə siqaretin qadağan olunması haqqında qanun layihəsinin bəzi müddəaları bu ilin iyunun 1-dən, bəzi müddəaları isə 2014-cü ilin iyunun 1-dən qüvvəyə minəcək.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)