Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva autizmli uşaqlara təşəkkür edib.

Unikal.org-un məlumatına görə, Birinci vitse-prezidentin bununla bağlı "İnstagram" hesabında etdiyi paylaşımda deyilir:

"Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm!

Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.

Tezliklə görüşmək ümidi ilə,