Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında ölən insanlar üçün dua etməyə çağırıb.

Unikal.org xəbər verir ki,  o,baş verən terror hadisəsi ilə əlaqədar  başsağlığı verib.

"Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izləyirəm. Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.

Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.