Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin intenet çıxışını və rabitə əlaqəsini kəsib.
Unikal.org xəbər verir ki, bu barədə BBC-nin müxbiri Yalda Yakim məlumat yayıb.
“Yerli mənbələr mənə məlumat veriblər ki, Taliban Pəncşirdə internetə çıxışı və rabitə əlaqəsini tamamilə dayandırıb”, - Yakim bildirib.
Qeyd edək ki, Pəncşirdə Əhməd Məsudun təhbərlik etdiyi müqavimət qüvvələri Talibana qarşı fəaliyyət göstərir.