İranın paytaxtı Tehranda koronavirus vaksini daşıyan maşın oğruların hücumuna məruz qalıb.
Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, oğrular maşından 300 doz vaksin oğurlayıblar.
Hücum maşın Yaftabad bölgəsindəki Səhiyyə Nazirliyinin deposundan çıxandan sonra həyata keçirilib.
Onlar sürücünü döyüblər. Oğruların tutulması istiqamətində iş aparılır.