Türkiyə polisi Kütahya bölgəsində fəaliyyət göstərən masaj salonunda əməliyyat keçirib.
Unikal.org xəbər verir ki əməliyyat zamanı R.N. və əcnəbi vətəndaş S.İ-nin pul qarşılığında əxlaqsızlıq yuvası təşkil etdikləri məlum olub. Buraya müştəri olaraq gələn 2 nəfərin də bələdiyyə sədri olduğu öyrənilib.
Saxlanılan 5 nəfər xəstəxanaya aparılaraq müayinədən keçirilib. Daha sonra lazımi prosedurlar üçün polis bölməsinə aparılıb.
Basqın zamanı tutulan və adları açıqlanmayan bələdiyyə sədrləri polisi görən kimi "Bura biz yaşayış yoxlanışı üçün gəlmişik. Pis məqsədimiz yoxdur" deyərək özlərini müdafiə ediblər.
Seymur Əli