Antalyanın Manavgat mahalında baş verən yanğın nəticəsində zərər görmüş meşə sahəsi yaşıllıqlara qərq  olub.  

Unikal.org  xəbər verir ki, Meşə Ümumi Müdirliyi həmin ərazidən fotolar  paylaşıb. Belə ki,  Baş İdarənin sosial media hesabında "#GreenVatan" haştağı ilə paylaşılan yazıda "Bu meşə 2008-ci ildə yanğınlar nəticəsində məhv edilib. Hər biri küllərindən yenidən doğuldu. Yanan meşələrimizi yaşıllaşdırmağa davam edəcəyik",- deyə  bildirilib.