Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Unikal.org xəbər verir ki, məlumatı Ermənistanın XİN-in mətbuat xidməti yayıb.
Bildirilir ki, Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra mətbuat konfransında iştirak edəcək. Səfər çərçivəsində KTMT baş katibi Stanislav Zas ilə də görüş planlaşdırılır.
Mirzoyanın 30-31 avqust tarixlərində Rusiyada olacağı bildirilir.
Gülayə Mecid