"Taliban" radikal qruplaşması səyahət icazəsi olan bütün xarici vətəndaşlara və yerli Əfqanlara ölkəni tərk etməyə icazə verəcək.
Unikal.org xəbər verir ki, bu barədə Britaniya, ABŞ, Avstraliya, Yaponiya, Fransa, İspaniya və bir çox digər ölkələrin birgə yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, "Taliban" şəxslərin ölkəni təhlükəsiz və nizamlı formada tərk etməsinə zəmanət verib.
Bəyanat yayan ölkələr əfqanıstanlılara səyahət üçün lazım olan bütün sənədləri verməyə davam edəcəklərini diqqətə çatdırıblar.
Ağarza Elçinoğlu