Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 915 yeni yoluxma halı təsdiqlənib, 5 929 nəfər müalicə olunaraq sağalıb, 78 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 545 033 nəfərdə aşkarlanıb. Onların 488 661-i sağalıb, 7 329-u isə dünyasını dəyişib.