Türkiyə Van bölgəsinin Çaldıran əyalətindən başlayaraq Ağrının Doğubayazıt və Hakkarinin Yüksekova xəttinə qədər uzanan İranla sərhədə modul divar və ağıllı qüllə sədləri çəkir.
Unikal.org xəbər verir ki, qanunsuz keçidlərin qarşısını almaq üçün Yüksekova mahalının İranla sərhəd xəttində yerləşən 43 kilometrlik ərazi beton divarla qapadılıb.
Bildirilib ki, hazırda 560 kilometrlik modul divar və ağıllı qüllələrin tikilməsi işləri davam edir.
Qeyd edək ki, beton zavodlarında istehsal olunan divarların hündürlüyü 3 metr, eni 80 santimetr və hər birinin çəkisi 7 tondur.
Əlavə olaraq, ərazi 24 saat ərzində ciddi nəzarət altında saxlanılır.
Ağarza Elçinoğlu