Türkiyədə daha 4 terrorçu zərərsizləşdirib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren-13” əməliyyatları çərçivəsində Şırnak şəhərinin Beytüşşebap rayonunda jandarm qüvvələri tərəfindən əməliyyat təşkil olunub. PUA-ların da istifadə edildiyi əməliyyat nəticəsində bölücü terror təşkilatının 4 silahlısı məhv edilib.