"Rusiya Ukraynanı təhlükə hesab etmir və ukraynalıların qardaş xalq olduğunu düşünür".

Unikal.org "Rossia 1"ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

"Düşünürəm ki, Ukrayna və Ukrayna xalqı qardaş bir millətdir. Onlar yalnız bizim qonşularımız deyil, biz tək bir xalqıq", - deyə Şoyqu bildirib. 

O, Ukraynadakı vəziyyətin dəyişəcəyinə və "millətçi qarışıqlığın" dayandırılacağına ümid etdiyini bildirib.

Ağarza Elçinoğlu