Fələstin Prezidenti Mahmud Abbas İsrailin müdafiə naziri Benny Gantz ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüş bazar günü gecə İordan çayının qərb sahilindəki Ramallah şəhərində keçirilib.
Bildirilib ki, sözügedən görüş zamanı İsrail-Fələstin münasibətlərinin bütün aspektləri müzakirə edilib.
Qeyd edək ki, bu iki tərəf arasında sülh danışıqlarının dayandırıldığı 2014-cü ildən bəri ilk belə görüşdür.
Ağarza Elçinoğlu