Dünya Sağlamlıq Təşkilatının Avropa direktoru Kluge, koronavirusun Avropanın 33 ölkəsində yoluxma hallarının yüzdə 10-dan çox artdığını açıqlayıb.
Unikal.org xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı qeyd edib. Belə ki, Kluge son dövrdə koronavirusa yoluxma hallarının sayının sürətlə artdığını bildirərək, narahatlıq keçirdiyini ifadə edib.
"Son 14 gündə infeksiya nisbətinin yüzdə 10-dan çox olduğunu vurğulamaq istəyirəm. Bu artım xəstəxanalara böyük təzyiq göstərəcək və ölüm sayının artmasına səbəb olacaq", -deyə ÜST rəsmisi bildirib. .
Digər tərəfdən, Kluge, hadisələrin və ölüm sayının artmasının bir səbəbinin qadağaların və məhdudiyyətlərin yumşalması, insanların səyahət etməsini göstərib.
Gülayə Mecid