Perunun Yurimaguas bölgəsindəki Huallaga çayında iki qayıq bir-biri ilə toqquşub. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində ən azı 11 nəfərin ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar Mərkəzindən verilən məlumata görə, gəmilərin toqquşması səbəbilə naməlum sayda sərnişin itkin düşüb.

Qeyd edək ki, qəza bazar günü Santa Mariadan Yurimaguasa gedən gəmi ilə motorlu qayıq arasında baş verib. Hadisənin baş verdiyi an gəmidə 80 nəfərin olduğu bildirilir.

Ağarza Elçinoğlu