Türkiyənin Tokat vilayətində qəribə hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 29 yaşlarında olan Mahmuthan və Merve Kalem cütlüyü zala övladları ilə birgə daxil olub. Bu isə qonaqların həm sevincinə, həm də təəccübünə səbəb olub.
Çünki bəziləri onların övladı olduğundan xəbərsiz idi. Məlum olub ki, bir müddət əvvəl münasibətlərini rəsmiləşdirən cütlüyün 4 ay əvvəl övladları dünyaya göz açıb.
Cütlük qanuni nikaha daxil olsa da həmin vaxt pandemiya səbəbilə toylara icazə verilmədiyi üçün toy mərasimi təşkil edə bilməyiblər. Bu səbəbdən indi Mahmuthan və Merve Kalem inditoy etməyə qərar verib.
Seymur Əli