Serj Sərkisyan söz verdi: “Xocalı aeroportu mütləq açılacaq”
13:09 13-02-2013
CƏMİYYƏT
Ermənistan prezidenti Serj Sərkisyan Xocalı hava limanı ilə bağlı açıqlama verib. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanda seçiciləri ilə görüşən Sərkisyan Xocalı aeroportunun mütləq açılacağını bildirib. Erməni prezident sərsəm çıxışında Azərbaycanın Qarabağın sahibi olmadığını bildirərək aeroportun texniki məsələlər həll edildikdən sonra istifadəyə veriləcəyini deyib.
“Mən İrəvan Xocalı reysinin ilk sərnişini olacam. Xocalı aeroportu mütləq istifadəyə veriləcək. Buna heç bir şühbə olmamalıdır. Təyyarələrin guya ki hərbi yüklər aparması haqda deyilən fikirlər nağıldır. Əgər hərbi yüklərin aparılmasına lazım gələrsə buna başqa imkanlar var. Azərbaycan təhdid eləməklə özünü Qarabağın sahibi kimi göstərmək istəyir. Amma bir halda ki Qarabağın sahibi deyil, deməli hava limanı mütləq istifadəyə veriləcək. Yalnız texniki məsələlərin həlli qalıb, tezliklə təyyarələr Xankəndiyə uçacaq”,-deyə Sərkisyan bildirib.
Digər Xəbərlər
2025-02-23 20:16:35

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)
2025-02-23 12:17:24

2025-02-23 12:09:01
