Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) müxalifləri tərəfindən qurulan pusqu nəticəsində ən azı 1 əsgər ölüb, 3-ü yaralanıb.

Unikal.org "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Ordusu məlumat verib. Bildirilib ki, pusqu ötən bazar günü qurulub. 

Qeyd edək ki, məlum hadisələr Kolumbiyanın Norte de Santander şəhərinin şimal-şərqindəki Catatumbo bölgəsinə nəzarət etmək üçün törədilir. 

Ağarza Elçinoğlu