Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

09:00

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.