Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib. 

Bu barədə Unikal.org-a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.