“Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilir ki, həmin şəxs nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.